Millət vəkili Nizami Cəfərovun xalq şairi Zəlimxan Yaqub haqqında kitabı çapdan çıxıb - FOTO

Millət vəkili Nizami Cəfərovun xalq şairi Zəlimxan Yaqub haqqında kitabı çapdan çıxıb - <span style="color: red;">FOTO
# 11 fevral 2014 16:36 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. AMEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərovun “Zəlimxan Yaqub” adlı kitabı işıq üzü görüb.

N.Cəfərovun APA-ya verdiyi məlumata görə, kitabda xalq şairi Zəlimxan Yaqubun həyat və yaradıcılığına həsr olunan məqalələr toplanıb.

Onun sözlərinə görə, yeni nəşr Z.Yaqubun ədəbi, ictimai və siyasi-ideoloji fəaliyyətinə ehtiramın məhsuludur: “Dahi sələflərə mükəmməl istedad və ləyaqətlə xələflik edən Zəlimxan Yaqubun xalq arasında qeyri-adi populyarlığı təsadüfi deyil. Çünki o, mənsub olduğu millətin ruhundan qopmuş, təbiətindən və mentalitetindən doğulmuş mütəfəkkir sənətkarlardandır”.

“Elm və təhsil” nəşriyyatında işıq üzü görən nəşrin redaktoru Dəyanət Osmanlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR