Muğanlı-Yevlax avtomobil yolunda tikinti-bərpa işləri aparılır - FOTO

Muğanlı-Yevlax avtomobil yolunda tikinti-bərpa işləri aparılır - <span style="color: red;">FOTO
# 30 aprel 2014 07:43 (UTC +04:00)

Bunu “APA-Economics”ə Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

Onun sözlərinə görə, qeyd edilən avtomobil yolu Bakı-Şamaxı-Yevlax avtomobil yolunun tərkib hissəsi sayılır. Ağsu dolayı və Ağsu rayonuna düşən yol sahəsi istisna olmaqla, yolun ümumi uzunluğu 115,5 km təşkil edir: “Mövcud üçüncü və dördüncü kateqoriyalı yol (keçdiyi ərazilərdən asılı olaraq) ikinci kateqoriyaya uyğun olaraq, yəni ikinci texniki dərəcəli, iki hərəkət zolaqlı yolun parametrlərinə uyğun olaraq yenidən qurulur. Yolun torpaq yatağının eni 12, 5 metrdir, yol boyu 6 körpü olacaq. Bu körpülərin beşi sökülərək yenisinin tikintisi, birinin isə təmiri nəzərdə tutulub. Körpülərdən birinin tikintisi artıq başa çatıb, digər 3 körpüdə dayaqlar hazırdır. Həmçinin körpülərdən birində sıvayların vurulması işləri gedir”.

Qeyd edək ki, yol boyu 260 ədəd müxtəlif diametrli suötürücü borular var ki, onun 210-u artıq tikilib. Yolda 7 ədəd dairəvi yol kəsişməsi olacaq. Ağdaş və Ləki deyilən ərazidə həmin dairəvi yol kəsişmələri inşa olunub. Torpaq işlərinin 98%-ı yerinə yetirilib. Asfaltın əsas layı və aralıq layı 75% görülüb.

İş prosesində əlavə işlər yaranmasa, 2014-cü ildə layihənin yekunlaşması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR