OPEC: İranın gündəlik neft hasilatı mayda 38 min barel azalıb

OPEC: İranın gündəlik neft hasilatı mayda 38 min barel azalıb
# 12 iyun 2013 10:35 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) may ayı üçün aylıq hesabatını açıqlayıb.

APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, sənəddə bildirilir ki, təşkilata üzv 12 ölkənin neft hasilatı may ayında gündəlik 105 600 barel azalaraq 30 mln. 567 min barelə enib. İranın neft hasilatı isə may ayında aprel ayına nisbətən gündəlik 37 700 barel azalaraq 2 mln. 644 min barelə düşüb.

Qeyd edək ki, İranın bu ilin may ayındakı neft hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə 329 min barel azalıb. İran ötən il gündəlik olaraq 2 mln. 973 min barel neft hasil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR