İranda zəlzələ baş verib

İranda zəlzələ baş verib
# 11 may 2013 08:47 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. Mayın 11-də səhər saatlarında İranda zəlzələ baş verib. APA-nın Tehran Universiteti, Geofizika İnstitutu, Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytına istinadən məlumatına görə, yerli vaxtla saat 06:38-dən (Bakı vaxtı ilə 07:08) 08:39-dək (09:09) 11 təkan qeydə alınıb. Bunlardan ən böyüyü 06:38-də (07:08) İranın Hörmüzqan vilayətinin Bəndər Cask (Bəndər Abbas da adlanır) şəhərində, yerin 15 km dərinliyində olmaqla 6.2 bal, ən kiçiyi isə yerli vaxtla saat 07:15-də (07:45) həmin şəhərdə 4.1 bal gücündə, yerin 16 km dərinliyində olub.

Bundan əlavə, Bəndər Caskda şəhərində yerli vaxtla 07:19-da (07:49) yerin 20 km dərinliyində 4.9, yerli vaxtla 07:47-də (08:27) yerin 27 km dərinliyində 4.7 və yerli vaxtla 07:39-da (08:09) yerin 20 km dərinliyində 5.6 bal gücündə daha üç zəlzələ baş verib. Eyni zamanda Hörmüzqan vilayətinin Minab şəhərində yerli vaxtla 06:59-da (07:29) yerin 20 km dərinliyində 4.8, yerli vaxtla 07:59-da (07:29), yerin 20 km dərinliyində, 4.8 və yerli vaxtla 07:02-də (07:32) yerin 20 km dərinliyində 4.7, yerli vaxtla 07:33-də (08:03) yerin 26 km dərinliyində 5.0 və yerli vaxtla 08:11-də (08:41) yerin 20 km dərinliyində 5.2 bal gücündə təbii fəlakət meydana gəlib.

Kirman vilayətinin Maucan şəhərində yerli vaxtla 08:28-də (08:58) yerin 26 km dərinliyində 4.3 və yerli vaxtla 08:39-də (09:09) yerin 29 km dərinliyində 4.6 bal gücündə daha iki zəlzələ baş verib.

Ölənlər və xəsarət alanlar barədə rəsmi məlumat verilməyib. Ancaq “Mehr” xəbər agentliyi Bəndər Abbas şəhərinin Başqard rayonunda 16 nəfərin yaralandığı, 400 yaşayış məntəqəsinin dağıldığı və kəndlərin 70 faizinə ciddi ziyan dəydiyi barədə xəbər yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR