Barak Obama: «Nüvə müzakirələri davam etdiyi müddətdə yeni sanksiyalara ehtiyac yoxdur»

Barak Obama: «Nüvə müzakirələri davam etdiyi müddətdə yeni sanksiyalara ehtiyac yoxdur»
# 21 dekabr 2013 09:31 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. «Nüvə müzakirələrinin davam etməsi üçün iranlıların etimadını qazanmaq lazımdır». APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Barak Obama bildirib.

Onun sözlərinə görə, İranla «altılıq» ölkələri arasında nüvə müzakirələrinin başladığı qısa müddət ərzində onillik bir yol qət edilib: «Bu müvəffəqiyyətlərin əlverişsiz sanksiyalarla zədələnilməməsi lazımdır».

B.Obama həmçinin digər variantların da hələ danışıqlar masası üzərində olduğunu bir daha təkrarlayıb: «Bu müzakirələrin nəticə verməməsi vəziyyətində digər variantlar da nəzərdən keçirilə biləcək. Ancaq ABŞ Konqresinin İranla nüvə müzakirələrinin davam etdiyi bir şəraitdə yeni sanksiyalar qərarı alaraq iranlıların etimadının sarsılmaması lazımdır».

ABŞ prezidenti deyib ki, İranla «altılıq» ölkələri arasında nüvə müzakirələri davam etdiyi müddətdə yeni sanksiyalara ehtiyac yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR