Azərbaycanda audiovizual əsərlərin satışı qaydaları müəyyənləşib

Azərbaycanda audiovizual əsərlərin satışı qaydaları müəyyənləşib
# 30 aprel 2014 07:18 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Satış zamanı satıcı tərəfindən audiovizual əsərlərin, fonoqramların, elektron-hesablayıcı maşınları üçün proqramların (onların nüsxələrinin) istehsalçısının adı, ünvanı, həmçinin belə malların nüsxələrinin hazırlanması, çoxaldılması üçün lisenziyası və onun nömrəsi barədə məlumatlar istehlakçıya çatdırılmalıdır.

APA-nın verdiyi məlumata görə, bu, Nazirlər Kabineti tərəfindən təsdiq edilən “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda əksini tapıb.

Satıcı istehlakçıya videodaşıyıcıların texniki xarakteristikası (videokasetin, diskin növü, videosiqnal sistemi, səsin yazılma sistemi), müəlliflik hüququ və (və ya) əlaqəli hüquqlar əldə edən, elektron-hesablayıcı maşınları üçün proqramların qeydə alınma nömrəsi (əgər qeydə alınmışdırsa) barədə də məlumatlar təqdim etməlidir. Eyni zamanda film nüsxələrinin satışı zamanı satıcı istehlakçıya filmin, çəkildiyi ölkənin və studiyanın adı, filmin buraxıldığı il, film haqqında əsas məlumatlar (hansı janrda olması, müəllifi, rejissoru, bəstəkarı, baş rolların ifaçıları və başqaları haqqında qeydlər), filmin həcmi (dəqiqə ilə), filmin nüsxələrini hazırlayanların, videodaşıyıcılara köçürənlərin (filmin tirajını həyata keçirən təşkilatın) adı və hüquqi ünvanı, prokat şəhadətnaməsinin verilməsi tarixi və nömrəsi, yaşa görə tamaşaçı auditoriyasına olan məhdudiyyət haqqında tövsiyə (əgər varsa) barədə məlumatlar verməyə borcludur. Köçürülmüş filmlərin nüsxələri ticarət zalına verilməzdən əvvəl yoxlanılmalıdır (qablaşdırma tamlığı və üzərində onu hazırlayan haqqında məlumatların olması). Haqqı ödənilmiş malın istehlakçıya verilməsi zamanı satışı həyata keçirən şəxs onun üzlüyünün (qabının) bütövlüyünü yoxlamalı, lazım gəldikdə isə istehlakçının tələbi ilə filmdən fraqmentlərə baxmağa şərait yaratmalıdır. Videodaşıyıcılara köçürülmüş filmlərin nüsxələrinin satışı onun istehsalçısı tərəfindən hazırlanmış üzlükdə (qabda) həyata keçirilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR