Balakən sahibkarlarına 644 min manatdan çox güzəştli kredit verilib

Balakən sahibkarlarına 644 min manatdan çox güzəştli kredit verilib
# 30 may 2014 11:50 (UTC +04:00)

Balakən. Vüqar Heydərov - APA. Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Balakən rayonunun Qullar kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, tədbirdə Balakən rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, SKMF-nın icraçı direktoru Şirzad Abdullayev, müvafiq təşkilat nümayəndələri, Balakən və ətraf rayonlardan olan sahibkarlar iştirak edib.

Forumda 80-ə yaxın sahibkarın iştirak edib.

Tədbir çərçivəsində Ş. Abdullayev qeyd etdi ki, ümumilikdə, indiyədək Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1552 investisiya layihəsinin maliyyələşdirilməsinə 46,3 mln. manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan taxıl anbarı, cins iri buynuzlu heyvandarlıq komplekslərinin, quşçuluq fabriklərinin, üzümçülük, bağçılıq təsərrüfatlarının, ət və süd emalı müəssisələrinin, tikinti materiallarının istehsalı müəssisəsinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmiş, 8 500-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb.

Forum çərçivəsində Balakən və ətraf rayonlardan olan 48 sahibkara 644,5 min manat güzəştli kredit verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR