Penitensiar Xidmətin əməkdaşı Azərbaycan çempionu olub

Penitensiar Xidmətin əməkdaşı Azərbaycan çempionu olub
# 30 dekabr 2013 16:27 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşı idman yarışında qalib olub.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, dekabrın 27-28-də Azərbaycan Cui-Citsu Milli Federasiyasının 15 illik yubileyinə həsr olunmuş gənclər və böyüklər arasında Respublika çempionatı keçirilib.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsinin nəzarətçisi, ədliyyə kiçik çavuşu Kifayət Əzizbala qızı Nuriyeva 21 və yuxarı yaş üzrə 55 kq çəki qrupunda yarışlarda iştirak edib və bütün rəqiblər üzərində qələbələr qazanaraq Cui-Citsu üzrə Azərbaycan çempionu adına layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR