Balakəndə külli miqdarda narkotik tərkibli bitki məhv edilib

Balakəndə külli miqdarda narkotik tərkibli bitki məhv edilib
# 18 iyun 2014 07:45 (UTC +04:00)

Balakən. Vüqar Heydərov - APA. Balakəndə külli miqdarda narkotik tərkibli bitki məhv edilib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Balakən rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkilərin bitdiyi ərazilərinin aşkarlanaraq məhv edilməsi istiqamətində “Xaşxaş-2014” şərti adı altında əməliyyat-axtarış tədbiri keçirib. Nəticədə rayonun Hənifə kənd inzibati ərazisində, “Qumsax” adlanan əkin üçün yararsız torpaq sahəsində yabanı halda bitmiş narkotik tərkibli bitki hesab edilən çətənə kolları aşkar edilib. Polis əməkdaşları ərazidən ümumi çəkisi 2086 kq olan 3476 ədəd narkotik tərkibli bitki olan çətənə kolları yığaraq yandırılma yolu ilə məhv edib.

Balakən RPŞ-dən APA-ya bildirilib ki, rayonun müxtəlif ərazilərində bitən narkotik tərkibli bitkilərin yerinin müəyyən edilərək dövriyyədən çıxarılması istiqamətində tədbirlər davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR