Lənkəran teatrında yeni tamaşanın premyerası olub

Lənkəran teatrında yeni tamaşanın premyerası olub
# 22 may 2014 15:26 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Mayın 22-də Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının səhnəsində italyan dramaturqu Eduardo de Filipponun “Ruhlar” komediyasının premyerası olub.

APA-nın cənub bürosunun məlumatına görə, tamaşanın quruluşçu rejissoru rejissoru Tural Mustafayev, rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Telman Qəniyevdir.

Rejissor “Ruhlar”a müraciət etməkdə əsas məqsədinin tamaşaçıların diqqətini cəmiyyətdəki mənəvi sapmalara yönəltməkdən ibarət olduğunu bildirib: ”Sosial mühit insanı nə qədər sıxsa da, biz öz mənəviyyatımızı, müqəddəs dəyərlərimizi qoruyub saxlamalıyıq. Amma bəzən əksinə olur: sosial problemlər insanı sıxarkən və bundan çıxış yolu tapılmayanda ən müqəddəs varlıqlardan vaz keçilir”.

Böyük maraqla izlənilən tamaşada baş qəhrəman Paskuale rolunu teatrın aktyoru Əbülfəz Axundov canlandırıb. Digər rolları isə əməkdar artist Adil Zeynalov, Qızılgül Quliyeva, Miraslan Ağayev, Aynur Əhmədova, Niftulla Əsgərov və digərləri ifa ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR