Azərbaycanda daha 75 əlil istirahətə göndərilib

Azərbaycanda daha 75 əlil istirahətə göndərilib
# 12 iyun 2014 07:48 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin istirahətinin təşkili istiqamətində aparılan işlərin davamı olaraq, bu gün daha 75 nəfər əlilliyi olan şəxs xüsusi nəqliyyat vasitəsi ilə Xaçmaz rayonunda yerləşən Nabran istirahət mərkəzinə yola salınıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bununla da son bir ayda qurum tərəfindən ölkənin istirahət zonalarında mənalı istirahəti təşkil edilən əlilliyi olan şəxslərin sayı artıq 300 nəfərə yaxındır.

Nazirliyin üzrə müvafiq əmrlə təsdiqlənən “2014-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən, cari il ərzində 1 062 nəfər əlilliyi olan şəxsin Lənkəran, Şəki və Xaçmaz rayonlarındakı istirahət mərkəzlərinə istirahətə göndərilməsi nəzərdə tutulur.

Əlilliyi olan şəxslərin istirahəti xüsusi proqram əsasında təşkil olunur. Belə ki, istirahət zamanı maraqlı gəzintilər, idman yarışları və viktorinalar, musiqili-əyləncəli tədbirlər və s. keçirilir. Bununla yanaşı, əlilliyi olan şəxslər fizioterapevtik müalicə prosedurlarına cəlb edilirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR