Ukrayna Krıma ordu yeritmək niyyətində deyil

Ukrayna Krıma ordu yeritmək niyyətində deyil
# 12 mart 2014 00:32 (UTC +04:00)

APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Frans Pres”ə eksklüziv müsahibəsində prezident səlahiyyətlərini icra edən Aleksandr Turçinov deyib.

“Biz Krımda hərbi əməliyyata başlaya bilmirik, çünki belə halda Ukraynanın qorunmayan şərqi sərhədi zərbə altına qoyuruq”, deyə Turçinov qeyd edib.

Turçinov müsahibəsində Krımdakı referendumun ssenarisinin Kremldə hazırlandığını bildirərək, Rusiya hakimiyyətinin dialoq aparmaq niyyətində olmadığını qeyd edib.

Qeyd edək ki, Krımın statusu haqqında referendum martın 16-na planlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR