Dövlət müşaviri DQİDK-nin kollektivi ilə görüşüb

Dövlət müşaviri DQİDK-nin kollektivi ilə görüşüb
# 04 aprel 2014 13:54 (UTC +04:00)

Bakı – APA. Bu gün Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə yeni Dövlət müşaviri Kamal Abdulla Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) keçirilən müşavirədə iştirak edib.

DQİDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müşavirəni açan Dövlət Komitəsinin sədri Elşad İskəndərov Azərbaycan prezidentinin sərəncamına uyğun yaradılmış yeni xidmətin Azərbaycan dövlətinin başçısının dövlət-din münasibətlərinə, milli-mənəvi dəyərlərimizin inkişafına qayğısının bariz rəmzi olduğunu bildirmiş, bu sahədə fəaliyyət Dövlət Komitəsinin işinin məsuliyyətinin də artığını bildirib.

Daha sonra o, dövlət müşavirinə DQİDK-nın fəaliyyəti, aparılan işlər və planlar barədə ətraflı məlumat verib.

Görüşdə çıxış edən K. Abdulla prezident İ. Əliyevin müvafiq sahə, həmçinin yeni xidmətlə bağlı qarşıya qoyduğu məqsəd və vəzifələr haqqında danışıb, dövlət-din münasibətləri, tolerantlıq sahəsində Dövlət Komitəsinin həyata keçirdiyi fəaliyyət və layihələrlə bağlı fikirlərini bildirib, sözügedən vəzifələrdən irəli gələn vahid konsepsiya və fəaliyyət planı əsasında DQİDK ilə birlikdə həyata keçiriləcək işlərdən bəhs edib.

Görüş zamanı həmçinin gələcəkdə həyata keçiriləcək konkret layihələr müəyyənləşdirilərək ətrafında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR