Pakistanın keçmiş baş naziri Navaz Şərif parlament seçkilərində partiyasının qələbə qazandığını bəyan edib

Pakistanın keçmiş baş naziri Navaz Şərif parlament seçkilərində partiyasının qələbə qazandığını bəyan edib
# 11 may 2013 22:57 (UTC +04:00)

Bakı-APA. Pakistanda keçmiş baş naziri Navaz Şərif mayın 11-də ölkədə keçirilmiş parlament seçkilərində partiyası “Pakistan İslam Liqası”nın qələbə qazandığını bəyan edib. APA-nın xəbərinə görə, N.Şərifin sözlərinə görə, seçicilərin dəstək səviyyəsi o qədər yüksək olub ki, partiyaya parlamentə keçən digər siyasi qüvvələr ilə koalisiya qurmağa ehtiyac olmayacaq.

İlkin məlumata görə, parlamentə digər müxalifət lideri də keçib. Bu “Təhriki İnsaf” partiyasının rəhbəri, kriket üzrə milli yığmanın kapitanı İmran Xandır.

Keçirilmiş parlament seçkiləri ölkənin tarixində ilk dəfə hakimiyyətin bir hökumətdən digərinə dinc yolla verilməsini reallaşdıra bilər.

Qeyd edək ki, seçkilərin özü heç də dinc şəraitdə keçməyib – ölkə ərazisində törədilmiş bir neçə terror aktı nəticəsində 20-dək adam ölüb, onlarla yaralı var.

Xatırladaq ki, müxalifəti təmsil edən N.Şərif hakimiyyəti 1999-cu ildə general Pərviz Müşərrəfin tərəfdarları tərəfindən həyata keçirilmiş dövlət çevrilişi nəticəsində itirib. Bundan sonra o 7 il ölkədən sürgün olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR