Ağsuda “Jiquli” hasara çırpılıb, bir nəfər ölüb

Ağsuda “Jiquli” hasara çırpılıb, bir nəfər ölüb
# 04 yanvar 2014 10:10 (UTC +04:00)

Ağsu. Elvin Yaqubov - APA. Ağsu rayonu ərazisində ölümlə nəticələnən avtomobil qəzası baş verib. Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə yanvarın 3-də gecə saat 23:30 radələrində Ağsu şəhərində qeydə alınıb. Şəhər sakini, 1990-cı il təvəllüdlü Rəhimov Azər Xaqani oğlunun idarə etdiyi 90-EZ-247 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı minik avtomobili yoldan çıxaraq hasara çırpılıb. Hadisə nəticəsində sürücü Azər Rəhimov və onun sərnişini, Maşadqanlı kənd sakini, 1992-ci il təvəllüdlü Kərimov Ülvi Asif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər. Ülvi Kərimov aldığı ağır xəsarətlər nəticəsində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR