Azərbaycanda milli mədəni irs obyektlərini ölkədən çıxaranlar 10 min manat cərimə olunacaqlar

Azərbaycanda milli mədəni irs obyektlərini ölkədən çıxaranlar 10 min manat cərimə olunacaqlar
# 01 oktyabr 2013 13:37 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda mədəni sərvətlərin mühafizə siyahısına daxil edilmiş milli mədəni irs obyektlərinin ölkə ərazisindən qanunsuz aparanlara ciddi cəzalar tətbiq olunacaq.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 74-cü maddəsinin dəyişdirilərək tamamilə yeni redaksiyada verilməsi ilə bağlı layihə hazırlanıb.

Layihəyə əsasən bu əməlləri həyata keçirən fiziki şəxslər 1500 manat miqdarında, vəzifəli şəxslər 3 min manat, hüquqi şəxslər isə 10 min manat miqdarında cərimə olunacaqlar.

Maddənin hazırkı forması isə belədir: “Tarix və mədəniyyət abidələrinin qorunması və onlardan istifadə qaydalarının pozulmasına görə xəbərdarlıq edilir və ya on beş manatdan qırx manatadək miqdarda cərimə edilir”.

Yeni layihə Milli Məclisin növbəti plenar iclaslarının birində müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR