Silvio Berluskoni xəstəxanaya yerləşdirilib

Silvio Berluskoni xəstəxanaya yerləşdirilib
# 04 aprel 2014 14:24 (UTC +04:00)

Bakı-APA. İtaliyanın sabiq baş naziri Silvio Berluskoni xəstəxanaya yerləşdirilib.

APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, buna səbəb Berluskoninin dizində əmələ gələn ağrılardır.

Həkimlərin sözlərinə görə, sabiq baş nazir yaxın günlərdə evə buraxılacaq.

Qeyd edək ki, gələn həftə Milan məhkəməsi 77 yaşlı Berluskoni ilə bağlı qərarını açıqlayacaq. Sabiq baş naziri ev dustaqlığı yaxud da islah-əmək işləri gözləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR