İran Suriyaya nümayəndə heyəti göndərir

İran Suriyaya nümayəndə heyəti göndərir
# 29 avqust 2013 14:31 (UTC +04:00)

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, nümayəndə heyəti millət vəkillərindən ibarətdir və onlara İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının rəhbəri Əlaəddin Burucerdi başçılıq edəcək.

Gələn həftə həyata keçiriləcək səfər çərçivəsində İran nümayəndə heyəti Suriyada baş verən hadisələri araşdıracaq.

Eyni zamanda İran nümayəndə heyəti Suriya xalqı və hökumətinə rəsmi Tehranın ABŞ-ın təhdidlərinə qarşı dəstəyini ifadə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR