İranda aylıq inflyasiyanın səviyyəsi 39%-ə çatıb

İranda aylıq inflyasiyanın səviyyəsi 39%-ə çatıb
# 05 sentyabr 2013 10:42 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran Mərkəzi Bankı şəhərlərdə mal və xidmətlərin istehlak qiymətlərinin indeksinə görə aylıq inflyasiyanın səviyyəsini açıqlayıb.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, hesablamalar bu ilin iyul-avqust aylarında (23.07.2013 - 22.08.2013) şəhər yerlərində mal və xidmətlərin istehlak qiymətlərinin indeksinin 7,137% olduğunu göstərir. Bu da ötən ayla müqayisədə 2,1% bahalaşma deməkdir.

Bununla da ötən ilin eyni dövrü ilə müqayisədə (12 ayda) ölkədə mal və xidmətlərin istehlak qiymətlərinin indeksində 1,43% bahalaşma qeydə alınıb. Aylıq inflyasiyanın səviyyəsi isə 39%-ə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR