Azərbaycan yeni neft-kimya kompleksinin inşasına bu il başlayacaq

Azərbaycan yeni neft-kimya kompleksinin inşasına bu il başlayacaq
# 01 oktyabr 2013 14:56 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) artıq bu il Səngəçalda neft-kimya və neft-qaz emalı kompleksinin tikintisinə başlamağı planlaşdırır. Bu kompleksin inşası Azərbaycan iqtisadiyyatında ən böyük investisiya qoyuluşu olacaq. «APA-Economics»in məlumatına görə, bunu ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.


Onun sözlərinə görə, tikinti prosesi zamanı həmin layihədə nəzərdə tutulan işlərə 15 min insanın cəlb edilməsi gözlənilir: «Bundan başqa, 2014-2023-cü illəri əhatə edəcək layihədə 15 min insanın işləməsi üçün burada mütəxəssislərin hazırlanması vacibdir».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR