Gülağa Aslanlı: “KXCP-nin Milli Şuradan istefa haqqında bəyanatında kifayət qədər güclü arqument var”

Gülağa Aslanlı: “KXCP-nin Milli Şuradan istefa haqqında bəyanatında kifayət qədər güclü arqument var”
# 07 may 2014 14:32 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Mirmahmud Mirəlioğlunun Milli Şuradan istefa haqqında bəyanatında kifayət qədər güclü arqument var”.

Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı Milli Şuranın ötən sessiyasında quruma yeni üzvlərin qəbulu ətrafında yaranmış qalmaqala münasibət bildirərkən deyib.

Xatırladaq ki, Milli Şuranın sonuncu sessiyasında KXCP sədri Mirmahmud Mirəlioğlu quruma yeni üzvlərin qəbulu və AXCP sədri Əli Kərimlinin öz tərəfdarlarının üzvlük təklifinə etiraz olaraq partiyanın qurumdan istefa verdiyini açıqlayıb və iclası tərk edib.

G.Aslanlı KXCP sədrinin qərarına hörmətlə yanaşdığını vurğulayıb: “Mən Mirmahmud Mirəlioğlunun heç nədən təsadüfi qərar verəcəyini düşünmürəm və hesab edirəm ki, buna kifayət qədər güclü arqument təsir edib”.

Qeyd edək ki, KXCP sonradan istefa qərarını dəyişərək Milli Şurada qaldığını bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR