Ukrayna XİN: Krımın Rusiyaya birləşdirilməsinin demokratiya və sağlam məntiqlə əlaqəsi yoxdur

Ukrayna XİN: Krımın Rusiyaya birləşdirilməsinin demokratiya və sağlam məntiqlə əlaqəsi yoxdur
# 18 mart 2014 14:56 (UTC +04:00)

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Ukrayna Xarici İşlər Nazirliyinin informasiya siyasəti departamentinin direktoru Yevgeni Perebıynis çıxış edib.

“Bu gün Moskvada baş verənlərin demokratiya, hüquq və sağlam məntiqlə əlaqəsi yoxdur”, - deyə o vurğulayıb.

Y.Perebıynis qeyd edib ki, Ukrayna Krımın müstəqilliyini və onun Rusiyaya birləşdirilməsini heç vaxt tanımayacaq: “Ukrayna “status-kvo”nun bərpası üçün bütün beynəlxalq tədbirlərə əl atacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR