Yeraltı avtomobil dayanacaqlarında və avtomobillərə texniki qulluq məntəqələrində yanğın təhlükəsizliyi monitorinqi keçiriləcək

Yeraltı avtomobil dayanacaqlarında və avtomobillərə texniki qulluq məntəqələrində yanğın təhlükəsizliyi monitorinqi keçiriləcək
# 28 fevral 2014 10:02 (UTC +04:00)

APA-nın «Fövqəladə Hallar» qəzetinə istinadən verdiyi məlumata görə, xidmət tərəfindən dövlət yanğın nəzarəti xətti ilə həyata keçiriləcək tədbirlərdə avtomobil dayanacaqlarının yanğına qarşı vəziyyəti, yanğından mühafizə sistemləri və qurğularının mövcudluğu, eləcə də həmin sistemlərin işlək vəziyyətdə olması yoxlanılacaq.

Avtomobil dayanacaqlarında həyata keçiriləcək monitorinqlər zamanı aktiv və passiv yanğından mühafizə sistemlərinin mövcudluğu, onların işlək olub-olmaması, baş verə biləcək yanğın hadisəsi zamanı bu obyektlərdə insanların təhlükəsiz şəraitdə təxliyə edilməsi üçün yol və keçidlərlə təmin olunması diqqət mərkəzində olacaq.

Nəqliyyat tutumunun sayı 30-dan çox olan bütün yeraltı avtomobil dayanacaqlarında yanğından mühafizə sistemlərinin və qurğularının maksimum real yanğın şəraitində işlək vəziyyətdə olub-olmamasını müəyyənləşdirmək üçün müvafiq testlər keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR