Azərbaycan prezidenti Niderland Krallığı Senatının üzvü ilə görüşüb - FOTO

Azərbaycan prezidenti Niderland Krallığı Senatının üzvü ilə görüşüb - <span style="color: red;">FOTO
# 24 mart 2014 13:27 (UTC +04:00)

Bakı-APA. Prezident İlham Əliyev Haaqada Niderland Krallığı Senatının üzvü Rene Van Der Linden ilə görüşüb.

APA-nın verdiyi məlumata görə, görüşdə Azərbaycan ilə Niderland Krallığı arasında siyasi, iqtisadi, biznes və digər sahələrdə uğurlu əməkdaşlıq qurulduğu qeyd edilib.

Eyni zamanda Azərbaycan ilə Niderlandın təhsil və elm sahələrində də yaxşı əməkdaşlıq etdikləri bildirilib. Görüş zamanı Azərbaycanın “ADA” Universiteti ilə Niderlandın Maastrixt Universiteti arasında əlaqələrin inkişafından razılıq ifadə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR