Ukraynanın Krım Muxtar Respublikasında ATƏT-in Gənclər Sammiti öz işinə başlayıb

Ukraynanın Krım Muxtar Respublikasında ATƏT-in Gənclər Sammiti öz işinə başlayıb
# 20 iyul 2013 20:01 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Ukraynanın Krım Muxtar Respublikasında ATƏT-in Gənclər Sammiti öz işinə başlayıb. ATƏT-in mətbuat xidmətindən verilən məlumata görə, Krımın ən məşhur uşaq düşərgəsi olan “Artek”də keçirilən sammitdə çıxış edən ATƏT-in fəaliyyətdə olan sədri, Ukrayna xarici işlər naziri Leonid Kojara bildirib ki, quruma üzv olan ölkələrin nümayəndələrinin qatıldığı tədbirin əsas məqsədi tolerantlığın, müxtəliflik prinsiplərinin inkişaf etdirilməsi və ayrıseçkililiyə qarşı tədbirlərin gücləndirilməsidir: «Biz əminik ki, gənclərin bu işdə iştirakı ATƏT-in məqsəd və hədəflərin yerinə yetirilməsində töhfə verəcək. Ayrıseçkiliyə qarşı mübarizədə və müxtəliflik, qarşılıqlı hörmət və qarşılıqlı anlaşmanın inkişafında gənclərin xüsusi rolu var”.

ATƏT-in baş katibi Lamberto Zanier isə öz çıxışında qeyd edib ki, gənclər təhlükəsizlik məsələləri üzrə dialoqda iştirak etməlidir, çünki bu məsələ onların gələcəyinə təsir edən amillərdəndir.

Qeyd edək ki, “Bizim fərqimiz bizim sərvətimizdir, bizim birliyimiz bizim gücümüzdür" şüarı altında keçirilən sammit öz işinə avqustun 1-də yekun vuracaq. Tədbirdə ATƏT-ə üzv olan ölkələri təmsil edən gənc nümayəndələr iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR