Rusiya müdafiə naziri: “Ukraynalı hərbçilər Krımı tərk ediblər”

Rusiya müdafiə naziri: “Ukraynalı hərbçilər Krımı tərk ediblər”
# 04 aprel 2014 10:22 (UTC +04:00)

Bakı-APA. Ukrayna ordusuna üstünlük verən ukraynalı hərbçilər Krım ərazisini maneəsiz tərk ediblər.

APA-nın məlumatına görə, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu bəyan edib.

Onun sözlərinə görə, bu günədək 8 min ukraynalı hərbçi Rusiya ordusuna keçib. Onların Rusiya vətəndaşlığı üçün müvafiq sənədləri təqdim etdiklərini deyən S.Şoyqu bildirib ki, 3 min nəfər artıq vəzifələrə təyinat alıb.

Nazir həmçinin qeyd edib ki, Rusiyanın Krımdakı hərbi obyektlərinin mühafizəsinin gücləndirilməsi ekstremist təşkilatlardan gələn təhlükə ilə bağlı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR