Türkiyənin sabiq prezidentləri Azərbaycan dövlət başçısını ad günü münasibətilə təbrik ediblər

Türkiyənin sabiq prezidentləri Azərbaycan dövlət başçısını ad günü münasibətilə təbrik ediblər
# 24 dekabr 2013 15:00 (UTC +04:00)

Bakı – APA. Türkiyənin IX prezidenti Süleyman Dəmirəl dekabrın 24-də Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

APA-nın məlumatına görə, S. Dəmirəl İ. Əliyevə ad günü münasibətilə təbriklərini çatdırıb, ona dost və qardaş Azərbaycan xalqının rifahı naminə yeni-yeni uğurlar arzulayıb.

Dövlət başçısı diqqət və təbrikə görə minnətdarlığını bildirib.

Türkiyənin X prezidenti Əhməd Necdət Sezər də dekabrın 24-də Azərbaycan prezidenti İ. Əliyevə zəng edərək doğum günü münasibətilə təbriklərini çatdırıb.

Bundan başqa, Qırğız Respublikasının prezidenti Almazbek Atambayev, Rusiya Federasiyasının Prezidenti Administrasiyası rəhbərinin müavini Maqomedsalam Maqomedov, Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı Şıxsəidov və MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev də Azərbaycan prezidentini doğum günü münasibətilə təbrik ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR