Nazir: “Azərbaycan şagirdləri digər ölkələrin şagirdlərinə nisbətən 6 həftə az dərs oxuyurlar”

Nazir: “Azərbaycan şagirdləri digər ölkələrin şagirdlərinə nisbətən 6 həftə az dərs oxuyurlar”
# 26 sentyabr 2013 14:42 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. “Azərbaycanda şagirdlər ildə 32 həftə oxuyurlar. Dünya ölkələrində isə orta hesabla 38 akademik həftə mövcuddur. Bu da o deməkdir ki, hər il bizim şagirdlər digər ölkələrin şagirdlərinə nisbətən 6 həftə az dərs oxuyurlar”.

APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov Amerika-Azərbaycan Ticarət Palatasının (AMCHAM) təşkilatçılığı ilə keçirilən işgüzar görüşdə çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycanda şagirdlər tətilə çıxanda sevinirlər. Nazirin fikrincə, Azərbaycanda şagirdlərin digər ölkələrin şagirdlərindən 6 həftə az oxuması təhsil proqramını asanlaşdırmır, əksinə, çətinləşdirir: “Bəzi sahələrdə məsələlərin həlli zaman tələb edir. Əgər təhsili düzgün şəkildə idarə edə bilsək, təhsil sahəsi ictimai rəyin girovunda olmayacaq və heç kəsin istək, arzularının girovuna çevrilməyəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR