«Atəşgah» sığorta qrupu yeni ofisə köçüb

«Atəşgah» sığorta qrupu yeni ofisə köçüb
# 21 may 2013 07:05 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Atəşgah» sığorta qrupunun baş ofisi Bakı şəhərinin Nəsib bəy Yusifbəyli küçəsi,75B ünvanında yerləşən yeni binaya köçüb («Gənclik» metro stansiyası yaxınlığında).

Sığorta şirkətindən «APA-Economics»ə verilən məlumata görə, yeni ofisin bazar ertəsi-cümə günləri saat 09:00-dan 18:00-dək, şənbə günləri isə 10:00-dan 15:00-dək işləyir.

«Atəşgah» sığorta qrupuna «Atəşgah» və «Atəşgah Həyat» şirkətləri daxildir.

Qeyd edək ki, 2012-ci ilin nəticələrinə görə, qrupun məcmu sığorta daxilolmaları 53,5 mln. manat, ödənişləri isə 13,2 mln. manat təşkil edib.

«Atəşgah» sığorta qrupu müştərilərə 20-dən çox sığorta növü üzrə xidmət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR