Yukiya Amano: “İran AEBA ilə konstruktiv əməkdaşlıq edib”

Yukiya Amano: “İran AEBA ilə konstruktiv əməkdaşlıq edib”
# 04 iyun 2014 11:44 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişlərinin bu ölkənin nüvə obyektlərinə nəzarət və baxış keçirilməsi məsələsində konstruktiv əməkdaşlıq edib.

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu AEBA-nın icraçı direktoru Yukiya Amano bildirib.

Onun sözlərinə görə, İranın agentliklə yaxşı əməkdaşlığı son aylarda bu ölkənin nüvə fəaliyyətlərinin daha yaxşı başa düşülməsinə vəsilə olub: “İranın AEBA müfəttişləri ilə nüvə proqramı məsələsində əməkdaşlığını təqdir edirik”.

Y.Amano həmçinin deyib ki, İranla “altılıq” ölkələri arasında davam etdirilən nüvə müzakirələri müəmmalı hal alıb: “AEBA-nın İranın nüvə proqramının hərbi məqsədli olub-olmadığına nəzarət edilməsinə bağlı zaman cədvəli Tehranla “altılıq” ölkələri arasında imzalanan nüvə razılaşmasından ayrıdır. Bu proses lazım gələcəyi təqdirdə, İranla “altılıq” ölkələrinin razılaşdıqları 20 iyul tarixini aşa bilər. Qərb dövlətlərinin agentlikdən özlərinin müəyyənləşdirdikləri 6 aylıq zaman çərçivəsində İranın nüvə fəaliyyətlərinə nəzarət prosesini bitirə biləcəyini gözlədiklərini zənn etmirəm. Bu 6 aylıq müddət AEBA-nın deyil, onların müəyyənləşdirdikləri cədvəldir. Biz işimizi ehtiyac gördüyümüz zamanadək davam etdirərik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR