Sabah Azərbaycanın bir sıra bölgələrində qaz fasilələrlə veriləcək

Sabah Azərbaycanın bir sıra bölgələrində qaz fasilələrlə veriləcək
# 03 iyul 2013 15:49 (UTC +04:00)

Bakı. Aynur. Əliyeva - APA-Economics. Sabah Azərbaycanın bir neçə rayonun qaz təchizatında məhdudiyyətlər olacaq.

ARDNŞ-ın mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar iyulun 4-də saat 10.00-dan 20.00-dək “Alvadı”, ”Cəlilabad” və “Göytəpə” Qazpaylayıcı stansiyalarından, iyulun 4-5-də isə “Goranboy” və “Borsunlu” Qazpaylayıcı stansiyalarından qidalanan orta təzyiqli qaz kəmərinin təbii qaz təchizatı dayandırılacaq.

Qeyd edək ki, təmir işləri aparılan müddətdə Yevlax, Naftalan, Ağdam, Bərdə, Ağcabədi, Tərtər, Füzuli, Beyləqan, Cəlilabad və Masallı rayonlarına təbii qazın verilişində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR