AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib - FOTO

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib - <span style="color: red;">FOTO
# 07 may 2014 14:31 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AMEA-nın ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, tədbiri AMEA-nın prezidenti, akademik Akif Əlizadə ilk öncə iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib və Aşqarlar Kimyası İnstitutunun innovativ nailiyyətlərindən söz açıb.

Nailiyyətlərin perspektivləri barədə institutun direktoru, akademik Vaqif Fərzəliyev məruzə ilə çıxış edib. Məruzə müzakirə və sual-cavablardan sonra Rəyasət Heyətinin qərarı ilə bəyənilib, elmi-tədqiqat işlərini “Azərbaycan-2020: Gələcəyə baxış” inkişaf konsepsiyasına uyğun aparmaq və innovativ texnologiyaların tətbiqi istiqamətində lazımi işlər həyata keçirmək tövsiyə olunub.

İclasda həmçinin bildirilib ki, AMEA-nın Birləşmiş Veteranlar Şurası Akademiyanın 70 illik yubileyi ərəfəsində bir sıra tədbirlər həyata keçirəcək. 1998-ci ildə Heydər Əliyev tərəfindən təsdiq edilmiş “Veteranlar haqqında” qanunu xatırladan A.Əlizadə şuranın bu sənəddən irəli gələn vəzifələri yerinə yetirərək öz fəaliyyətini əhəmiyyətli dərəcədə gücləndirdiyini vurğulayıb. Tədbirdə qərara alınıb ki, elmi müəssisə və təşkilatlarda çalışan veteranların əmək qabiliyyətini nəzərə alaraq, onların faydalı əmək fəaliyyəti üçün lazımi şərait yaradılsın. Həmçinin vurğulanıb ki, 2015-ci il aprelin 17-də “Böyük Vətən müharibəsinin qələbəsində SSRİ alimlərinin rolu” mövzusunda beynəlxalq konfransın keçirilməsi AMEA-ya və Respublika Veteranlar Şurasına həvalə edilib.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli 2014-cü il iyunun 10-da görkəmli ədəbiyyatşünas, tənqidçi, peda­­qoq, tərcüməçi və ictimai xadim, akademik Məmməd Arif Dadaş­za­də­nin 110 yaşının tamam olduğunu deyib. Akademik yubileylə əlaqədar prezidentin müvafiq sərəncamından irəli gələn vəzifələrə toxunub və bununla bağlı xüsusi tədbirlər planının hazırlandığını qeyd edib.

Sonda İqtisadiyyat İnstitutunun direktoru vəzifəsinin icrası iqtisad elmləri doktoru Nazim İmanova həvalə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR