Ukraynada Milli Qvardiya yaradılıb

Ukraynada Milli Qvardiya yaradılıb
# 13 mart 2014 12:10 (UTC +04:00)

Bakı-APA. Ukrayna parlamenti Milli Qvardiyanın yaradılması haqda bəyanat verib.

APA-nın məlumatına görə, Ali Radada müvafiq qanun layihəsinə 262 deputat səs verib.

Milli Qvardiya daxili qoşunların funksiyasını yerinə yetirəcək. Yeni hərbi struktura Maydan fəalları daxil olacaq.

Milli Qvardiya həmçinin terrorçuluqla mübarizə və sərhədlərin mühafizə funksiyalarını yetirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR