Rusiya ABŞ və Avropa Birliyinə qarşı sanksiyalar tətbiq edə bilər

Rusiya ABŞ və Avropa Birliyinə qarşı sanksiyalar tətbiq edə bilər
# 13 mart 2014 11:49 (UTC +04:00)

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiya iqtisadi inkişaf nazirinin müavini Aleksey Lixaçov bəyan edib.

O qeyd edib ki, Moskva bu addımı Qərbin sanksiyalarına cavab olaraq ata bilər.

“Bununla belə ümid edirik ki, Qərb iqtisadi-ticarət əlaqələrinə toxunmadan siyasi sanksiyalarla kifayətlənəcək. Biz hadisələrin istənilən inkişaf variantına hazırıq. Sanksiyalarımız simmetrik olacaq”, - deyə o vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR