® Məşhur türk şirniyyatçısı Azərbaycana gəldi - FOTOSESSİYA

<font color=red>® </font>Məşhur türk şirniyyatçısı Azərbaycana gəldi - <span style="color: red;">FOTOSESSİYA
# 02 iyun 2014 12:16 (UTC +04:00)

“Özsüt” Azərbaycanda kafe açıb. Bu adı tanıyanlar onun ənənəvi türk şirniyyatı ilə yanaşı, fransız ustaları ilə birgə hazırlanan tortları, dondurmaları, Avropa və türk mətbəxindən yeməkləri ilə məşhur olduğunu bilirlər. Özsüt Türkiyədə ən böyük gündəlik tort istehsalçısı və yayıcısıdır. «Bakıdakı Özsüt şöbəsi də brendin bu ənənəsinə sadiq qalacaq və kafe yüksək keyfiyyət və dada malik tortlarla təmin olunacaq” – bunu Özsüt Azərbaycan-ın icraçı direktoru Sabir Niftaliyev bildirib. Sabir Niftaliyev azərbaycanlıların həssas olduğu yüksək servisi təqdim etməkləri üçün peşəkar komanda yığdıqlarını qeyd edib.

Bakıdakı “Özsüt” Türkiyədə 200-ə yaxın kafesi olan nəhəng şəbəkənin xaricdə ilk şöbəsidir. Brend bu addımla xaricə açıldığını bəyan edib. Açılış mərasimində iştirak edən Türkiyənin Azərbaycandakı səfirliyinin tücarət attaşesi Cengiz Türkay bunu iqtisadi əməkdaşlıqda iki ölkə arasında qarşılıqlı inam və etibarın güclülüyü ilə əlaqələndirib.

“Özsüt”ün Bakıdakı kafesində dincələnlər üçün dada yerləşdiyi yerin rahatlığı da qatılacaq. Kafe “Gənclik» metrostansiyası yaxınlığındakı “Atatürk” Parkının sərinliyi və sakitliyində gözəl istirahət vəd edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR