Prezident İlham Əliyev Azərbaycan Gənclərinin VII Forumunun iştirakçılarına təbrik məktubu ünvanlayıb - FOTO

Prezident İlham Əliyev Azərbaycan Gənclərinin VII Forumunun iştirakçılarına təbrik məktubu ünvanlayıb - <span style="color: red;">FOTO
# 02 iyun 2014 09:31 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Prezident İlham Əliyev Azərbaycan Gənclərinin VII Forumunun iştirakçılarına təbrik məktubu ünvanlayıb.

APA-nın məlumatına görə, məktubu Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə oxuyub.

Məktubda deyilir: “Hörmətli Forum iştirakçıları, sizi və sizin simanızda bütün Azərbaycan gəncliyini səmimi qəlbdən salamlayır, növbəti toplantınızın işə başlaması münasibətilə təbrik edirəm. 1996-cı ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə keçirilmiş ilk Gənclər Forumu ölkəmizin həyatında dərin iz buraxıb. Həmin mötəbər toplantıdan sonra paytaxt və regionlarda gənclərlə aparılan iş nəzərə çarpacaq dərəcədə canlanıb, böyüməkdə olan nəslin problemlərinə diqqət xeyli artıb. Əsası ulu öndər tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün uğurla davam etdirilir. Azərbaycanın ilbəil artan iqtisadi qüdrəti gənclərin fiziki, intellektual və mənəvi inkişafının təmin olunması, sosial problemlərinin həlli, innovativ idea və təşəbbüslərin dəstəklənməsi, bilik və bacarıqlarının üzə çıxarlması istiqamətində daha təsirli tədbirlər görməyə, iri miqyaslı proqram və layihələr reallaşdırmağa imkan verir. Təqdirəlayiq haldır ki, bu gün cəmiyyətin ən fəal hissəsi olan gənclər respublikamızın sosial, iqtisadi və ictimai-siyasi həyatında yaxından iştirak edirlər. Onlar elm, təhsil, mədəniyyət, idman və hərbi hazırlıq sahəsində uğurlar qazanaraq Azərbaycanın dünyada tanıdılmasına, vətənimizin qorunması və dövlət müstəqilliyinin möhkəmləndirilməsinə layiqli töhfələr verirlər. Ölkəmizdə demokratik cəmiyyətin və bazar iqtisadiyyatının bərqərar olduğu şəraitdə yüksək savada və geniş dünyagörüşünə malik olan, müasir texnologiyalardan istifadə etməyi bacaran peşəkar mütəxəssislərə və menecerlərə tələbat artır. Buna görə də gənclərimiz mükəmməl təhsil almaq və biliklərə dərindən yiyələnmək üçün daha inamla çalışmalıdırlar. Qloballaşmanın geniş vüsət aldığı müasir dövrdə xalqımızın zəngin mədəniyyətini, adət-ənənələrini və milli-mənəvi dəyərlərinin qorunub saxlanması müstəsna əhəmiyyət kəsb edir. Hesab edirəm ki, bu Forumda bu məsələlər ətrafında ciddi fikir mübadiləsi aparılacaq, gənclərin vətənpərvərlik ruhunda və azərbaycançılıq məfkurəsi əsasında tərbiyəsinə xüsusi diqqət yetiriləcək. Müstəqillik illərində Azərbaycanda güclü vətəndaş cəmiyyəti formalaşmışdır. Sevindirici haldır ki, bu sahədə gənclər təşkilatları öz fəallıqları ilə seçilirlər. Onlar dövlətdən hərtərəfli dəstək alaraq gənclərin intellektual və fiziki inkişafına, ictimai fəallığın və təşəbbüskarların artırılmasına yönəlmiş layihələr həyata keçirirlər. Ümid edirəm ki, Forumda aparılacaq müzakirələr və qəbul olunacaq qərarlar qarşıdakı 4 il üçün gənclər siyasətinin prioritetlərinin müəyyənləşməsinə əhəmiyyətli töhfə verəcək. Toplantının işinə uğurlar, hər birinizə möhkəm cansağlığı və gələcək fəaliyyətinizdə yeni nailiyyətlər arzulayıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR