Azərbaycanda IPI indeksi azalıb

Azərbaycanda IPI indeksi azalıb
# 20 noyabr 2013 14:30 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda sənaye istehsalı indeksi (Industrial Production Index – IPI) 2013-cü ilin oktyabr ayında 97,6% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, sentyabr ayı ilə müqayisədə indeks 0,5 faiz bəndi azalıb:

Azalma ilə yanaşı, indeks 100%-dən aşağı səviyyədə qalıb ki, bu da aylıq müqayisədə istehsalatda baş verən azalmadan xəbər verir. Belə ki, oktyabrda istehsal edilmiş məhsulun dəyəri 2,743 mlrd. manat, sentyabrda isə 2,811 mlrd. manat olub.

Qeyd edək ki, IPI indeksi hesabat ayında istehsal olunmuş sənaye məhsul və xidmətlərin pul ifadəsində həcminin əvvəlki ayın eyni göstəricisinə olan və faizlə ifadə olunan nisbətidir.

Ümumilikdə, yanvar-oktyabr ayları ərzində sənaye istehsalının həcmi 28,039 mlrd. manata bərabər olub ki, bu da illik müqayisədə 1,5% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR