Suriyanın keçmiş baş naziri Almaniyadan siyasi sığınacaq istəyib

Suriyanın keçmiş baş naziri Almaniyadan siyasi sığınacaq istəyib
# 10 dekabr 2013 14:15 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. Suriyanın keçmiş baş naziri Riyad Hicab Almaniyadan siyasi sığınacaq istəyib.

APA-nın “Press TV”-yə istinadən verdiyi xəbərə görə, R.Hicab bunun üçün mühazirə oxumaq adı ilə Almaniyaya gəlib və tələb olunan sənədləri miqrasiya və qaçqınlarla iş üzrə federal quruma təqdim edib.

Məlumata görə, bundan əvvəl Suriyada davam edən münaqişədən qaçmağa çalışan siyasətçi bir neçə Avropa ölkəsinə müraciət edərək sığınacaq istəyib, lakin onun müraciətləri rədd edilib.

Qeyd edək ki, R.Hicab 2012-ci ilin iyunundan avqustuna qədər Suriyanın baş naziri olub. Bundan əvvəl o, kənd təsərrüfatı naziri postunu tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR