“Accessbank”ın istiqrazlarına marketmeykerlik edəcək şirkətin adı məlum olub

“Accessbank”ın istiqrazlarına marketmeykerlik edəcək şirkətin adı məlum olub
# 20 iyun 2014 08:26 (UTC +04:00)

Bakı – APA-Economics. Bu gündən etibarən “PAŞA Bank” ASC birja üzvü olan “PAŞA Kapital” MMC vasitəsi ilə “Accessbank” QSC-nin faizli təmin edilməmiş, sənədsiz adlı istiqrazlarının Bakı Fond Birjasında (BFB) marketmeykerliyinə başlayır.

BFB-dən “APA-Economics”ə verilən məlumata görə, marketmeykerin sözügedən istiqrazlar üzrə üzərinə götürdüyü alış öhdəliklərinin həcmi 200 000 manat, alış və satış qiymətləri arasındakı qiymət dəhlizi 5% təşkil edir.

Qeyd edək ki, hal-hazırda BFB-da sözügedən istiqraz buraxılışı da nəzərə alınmaqla 12 istiqraz buraxılışının likvidliyi marketmeyker kotirovkaları vasitəsi ilə təmin edilir.

Bütün marketmeyker kotirovkaları BFB-nın elektron ticarət sistemində gündəlik olaraq saat 10:00-dan etibarən təqdim edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR