Bakı. Vahab Rzayev – APA-Economics. Noyabrın 21-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair yanvar müqaviləsinin dəyəri 1,59 dollar və ya 1,7% artaraq 1 barelə görə 95,44 dollar təşkil edib.
«APA-Economics»in məlumatına görə, noyabrın 21-də ICE London qitələrarası birjasında yanvarda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 2,42 dollar və ya 2,2% artaraq 110,08 dollar olub.
Neft yenidən bahalaşıb
22 noyabr 2013 06:19 (UTC +04:00)