Salyan rayonunun Xıdırlı kəndinin içməli su təchizatı sistemi yenidən qurulub - FOTO

Salyan rayonunun Xıdırlı kəndinin içməli su təchizatı sistemi yenidən qurulub - <span style="color: red;">FOTO
# 01 oktyabr 2013 13:35 (UTC +04:00)

Bakı – APA-Economics. Bu gün Salyan rayonunun Xıdırlı kəndinə su verilməsi münasibətilə tədbir keçirilib.

“Azərsu” ASC-nin Mətbuat xidməti şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə çıxış edən Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov uzun illər Xıdırlı kəndində içməli su probleminin olduğunu qeyd edib, “Azərsu” ASC tərəfindən həyata keçirilmiş layihənin icrası nəticəsində qısa müddətdə kəndin su təchizatının yaxşılaşdırıldığını diqqətə çatdırıb. O, gələcəkdə rayonun digər kəndlərində də içməli su layihələrinin icra ediləcəyini bildirib.

“Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq içməli su çatışmazlığı müşahidə olunan yüzlərlə yaşayış məntəqələrində yeni infrastrukturların yaradıldığını bildirib. O, 2014-cü ildə Şirvan-Muğan kəmərindən Salyan rayonunun 17 kəndinə keyfiyyətli suyun veriləcəyini də diqqətə çatdırıb.

Mərasimdə çıxış edən kənd sakini İmran Feyzullayev uzun illərdir içməli sudan əziyyət çəkdiklərini və suyu maşınlarla aldıqlarını deyib. O, kəndin su təchizatının yaxşılaşdırılmasını böyük sevinclə qarşıladıqlarını, göstərilən qayğıya görə ölkə rəhbərliyinə, millət vəkillərinə və “Azərsu” ASC-nin kollektivinə minnətdarlığını bildirib.

Qeyd edək ki, “Salyan rayonunun Xıdırlı kəndinin içməli su təchizatı sistemlərinin yenidən qurulması layihəsi” kəndin 3312 sakininin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanıb. Layihəyə uyğun olaraq kəndə su Bakı şəhərini içməli su ilə təmin edən Kür-Bakı kəmərindən verilir. Bu məqsədlə 15,7 km uzunluğunda yeni magistral su xətti çəkilib və mövcud şəbəkəyə birləşdirilib. Eyni zamanda yararsız vəziyyətə düşmüş nasos stansiyası ləğv edilərək yenisi tikilib, müxtəlif diametrli polietilen borularla 19 km uzunluğunda kənddaxili şəbəkə yaradılıb və hazırda bu sahədə işlər davam etdirilir. Layihə çərçivəsində hər birinin tutumu 300 kubmetr olan mövcud 2 ədəd su anbarı təmir olunacaq, paylayıcı şəbəkədə işlər tam başa çatandan sonra hər bir evə birləşmə veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR