Xocalı soyqırımı ilə bağlı “Böyüməyən uşaqlar” adlı kitabın təqdimatı keçirilib - FOTO

Xocalı soyqırımı ilə bağlı “Böyüməyən uşaqlar” adlı kitabın təqdimatı keçirilib - <span style="color: red;">FOTO
# 21 fevral 2014 09:53 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş 25 uşağın faciəsinə həsr olunmuş “Böyüməyən uşaqlar” kitabının təqdimat mərasimi keçirilib.

APA-nın məlumatında görə, tədbirdə millət vəkilləri, Şuşa Rayon İcra Hakimiyyətinin nümayəndələri, “Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyi və ictimaiyyət nümayəndələri iştirak ediblər.

“Dağlıq Qarabağın Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov çıxışında bildirib ki, Xocalıda hər iki valideynini itirmiş bu gənclər heç bir günahı olmadan dəhşətlə qarşılaşıblar. B. Səfərov bu gənclərə, hər bir döyüşçüyə, şəhid ailələrinə diqqət və qayğı ilə yanaşılmalı olduğunu vurğulayıb.

B. Səfərov Xocalı faciəsinin 22-ci ildönümünün Azərbaycanda və digər ölkələrdə qeyd ediləcəyini xatırladaraq, bildirib ki, “Xocalıya ədalət!” kampaniyası çərçivəsində bir çox ölkələr artıq Xocalıda törədilənləri soyqırımı aktı kimi tanıyıb. B. Səfərov qeyd edib ki, məcburi köçkünlərin mənzil təminatı, onların vəziyyətinin yaxşılaşdırılması istiqamətində ölkə başçısı tərəfindən lazımi addımlar atılır.

Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva kitabın qeyri-adi formatda yazıldığını diqqətə çatdırıb: “Çünki bu kitabda real obrazların yaşadığı həqiqətlər əks olunub. Bu həqiqətlərin içində biz erməni vandalizminin törətdiyi hadisələrlə tanış oluruq. Hər iki valideynini itirmiş bu uşaqlar heç vaxt böyümədi. Çünki onların gözləri önündə valideynləri qətlə yetirildi. Bu dəhşət onlar var olduqca, gözləri önündə canlanacaq. Bu kitab bitmir. Bu kitabda həyat həqiqətləri ilə bərabər, Xocalı sakinlərinin yaşadığı dəhşətlər, qətllər, yüzərlə ailənin bir gecədə məhv edilməsi barədə faktlar var. Kitabda həmçinin, minlərlə insanın erməni əsirliyindəki vəziyyəti əks olunub”.

Kitabın müəllifi, Parlament Jurnalistləri İctimai Birliyinin sədri Elşad Eyvazlı çıxışında deyib ki, kitab bədii təxəyyülün məhsulu deyil. Onun sözlərinə görə, kitabda Xocalı soyqırımı zamanı hər iki valideynini itirmiş uşaqların yaşadıqları dəhşət həmin uşaqların öz dili ilə oxuculara çatdırılır.

Müəllif gələcəkdə kitabın dünya ölkələrinə yayılması məqsədilə bir neçə dilə tərcümə olunacağını vurğulayıb.

Daha sonra Xocalıdan olan hər iki valideynini itirmiş gənclər işğal gecəsi yaşadıqları faciədən danışıblar.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR