Serj Sarkisyana kazinoda pul uduzması barədə sual ünvanlayan müxalifətçi deputat AŞPA-dakı nümayəndə heyətindən çıxarılıb

Serj Sarkisyana kazinoda pul uduzması barədə sual ünvanlayan müxalifətçi deputat AŞPA-dakı nümayəndə heyətindən çıxarılıb
# 23 oktyabr 2013 15:00 (UTC +04:00)

APA-nın Ermənistan xəbər saytlarına istinadən verdiyi məlumata görə, bunu nümayəndə heyətinin rəhbəri David Arutunyan açıqlayıb. O bildirib ki, Z. Postancyan parlament sədrinin bu qərarına etiraz edə bilər, lakin bu etirazın bir nəticəsi olmayacaq, çünki bu qərar AŞPA-nın tələblərinə zidd deyil. Z. Postancyanı “Orinats Yerkir” Partiyasının nümayəndəsi əvəz edəcək.

Xatırladaq ki, Z. Postancyan S. Sarkisyanın AŞPA-dakı çıxışından sonra ona Avropa ölkələrinin birində kazinoda 70 milyon avro pul uduzması barədə informasiyaların doğru olub-olmadığı haqda sual ünvanlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR