Azərbaycanın şimal-qərb bölgəsinə təbii qazın verilməsi dayandırılıb

Azərbaycanın şimal-qərb bölgəsinə təbii qazın verilməsi dayandırılıb
# 23 oktyabr 2013 07:48 (UTC +04:00)

Zaqatala. Vüqar Heydərov - APA. Azərbaycanın şimal-qərb bölgəsinə təbii qazın verilməsi dayandırılıb.

Yerli sakinlərin APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, bu gün səhər saat 07:30 radələrindən ölkənin şimal-qərb bölgəsi (Şəki, Qax, Zaqatala və Balakən) rayonlarına təbii qazın verilməsi dayanıb.

Zaqatala Qaz İstismarı Sahəsindən (QİS) APA-ya bildirilib ki, qazın verilməsində yaranan fasiləyə səbəb Yevlax-Balakən magistral qaz kəmərinin 39-41,5-ci km-ləri arasında yeni 530 mm-lik qaz kəmərinin birləşdirilməsi və 85-ci km-də kran meydançasının quraşdırılmasıdır.

Hazırda Ağdaş Magistral Qaz Kəmərləri İdarəsinin əməkdaşları yuxarıda adı qeyd edilən ərazilərdə quraşdırma işlərinə başlayıb. Quraşdırma işləri yekunlaşandan sonra bölgəyə yenidən təbii qazın verilməsi bərpa ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR