TQDK-da Apelyasiya komissiyalarının fəaliyyət göstərəcəyi tarixlər açıqlanıb

 TQDK-da Apelyasiya komissiyalarının fəaliyyət göstərəcəyi tarixlər açıqlanıb
# 16 may 2014 08:10 (UTC +04:00)

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, vətəndaşlar bəzi məsələlərlə bağlı Apelyasiya komissiyalarının fəaliyyət göstərəcəyi tarixlərdə TQDK-ya müraciət edə bilərlər. Belə ki, qəbul imtahanlarında təqdim edilmiş test tapşırıqlarının məzmunu ilə əlaqədar əvvəlki illərin məzunları üçün II və III qruplar üzrə mayın 12-də, I və IV qruplar üzrə mayın 19-da, cari ilin məzunları üçün I və IV qruplar üzrə iyulun 14-də, I və III qruplar üzrə iyulun 21-də fəaliyyət göstərəcək. Digər müraciətlərlə bağlı əvvəlki illərin məzunları mayın 27-dən 30-dək (mayın 28-i istisna olmaqla), cari ilin məzunları isə iyulun 30-dan avqustun 1-dək Apelyasiya komissiyalarına müraciət edə bilərlər.

Apelyasiya komissiyaları TQDK-ya yalnız göstərilən tarixlərdə edilmiş müraciətlərə baxacaq. Ali təhsil müəssisələrinə qəbul yalnız imtahanda toplanılan ballara əsasən aparılır. Əhalinin heç bir qrupuna güzəşt nəzərdə tutulmur.

Apelyasiya komissiyasının işi başa çatdıqdan sonra imtahanlarla bağı heç bir müraciətə baxılmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR