Abdolbari Gözələ ASK-nın komissiyasına rəhbərlik etmək təklif olunub

Abdolbari Gözələ ASK-nın komissiyasına rəhbərlik etmək təklif olunub
# 17 aprel 2014 14:58 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev “Azərsun-Holdinq”in prezidenti Abdolbari Gözəllə görüşüb.

ASK-dan “APA-Economics”ə verilən məlumata görə, görüşdə mövcud əməkdaşlıq imkanları müzakirə edilərək, gələcək perspektivlərə dair fikir mübadiləsi aparılıb.

M.Musayev bildirib ki, bu ili BMT ailə kəndli təsərrüfatı ili elan edib və bu istiqamətdə ASK səmərəli iş aparmağı planlaşdırır. Belə ki, konfederasiyanın tərkibində “Aqrar inkişaf və ailə-kəndli təsərrüfatları ilə iş komissiyası“ yaradılıb. ASK prezidenti bu komissiyanın fəaliyyətinin daha da fəallaşdırılması üçün A.Gözəlin ona sədrlik etməsini təklif edib.

M.Musayev bildirib ki, bu komissiya ölkədə kənd təsərrüfatı məhsulları istehsal və ixrac edən müəssisələri öz ətrafında qısa müddət ərzində toplaya bilsə, bu sahədə mühüm məsələlərin müzakirəsinə start verilə bilər.

A.Gözəl qeyd edib ki, “Aqrar inkişaf və ailə-kəndli təsərrüfatları ilə iş komissiyası“nın ölkə iqtisadiyyatı, xüsusilə də kənd təsərrüfatı sahəsində xüsusi xidmətlər göstərəcəyinə inanır.

Yekunda tərəflər arasında qısa müddət ərzində komissiyanın bütün sənədlərini birgə müzakirə edərək, vahid proqram hazırlamaq üçün razılıq əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR