Sankt-Peterburqda "G-20" sammiti başlayır

Sankt-Peterburqda "G-20" sammiti başlayır
# 05 sentyabr 2013 04:58 (UTC +04:00)

Bakı-APA. Bu gün Sankt-Peterburqda “G-20” sammiti öz işinə başlayır. APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, ölkə rəhbərlərinin zirvə görüşündə iqtisadi məsələlərlə yanaşı Suriyadakı vəziyyətin müzakirə olunacağı gözlənilir.

İkigünlük sammitin gündəliyində işsizliklə mübarizə və dünyada iqtisadi artım tempinin sürətləndirilməsi planlarının müzakirəsi yer alıb.

“G-20”yə Avstraliya, Argentina, Braziliya, Böyük Britaniya, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Kanada, Çin, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, ABŞ, Türkiyə, Fransa, CAR, Koreya Respublikası, Yaponiya və Avropa İttifaqı daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR