AMEA prezidenti BDU-nun jurnalistika fakültəsinin magistratura pilləsində elmi istiqamət yaradılmasını təklif edir

AMEA prezidenti BDU-nun jurnalistika fakültəsinin magistratura pilləsində elmi istiqamət yaradılmasını təklif edir
# 25 noyabr 2013 09:18 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə yeni təşəbbüs irəli sürüb.

APA-nın verdiyi məlumata görə, Akif Əlizadə jurnalistlərlə söhbətində bildirib ki, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində magistratura pilləsində elmi istiqamətin yaradılmasını vacib sayır.

Elm sahəsindəki nailiyyətlərdən yazan məşhur jurnalistlərdən söz açan A.Əlizadə Azərbaycanda da bu sahədə peşəkar jurnalistlərin yetişməsini arzuladıqlarını bildirib.

AMEA-nın akademik-katibi Rasim Əliquliyev isə deyib ki, AMEA dekabrın ortalarında həm jurnalistikada elmi istiqamət üzrə kadrların yetişdirilməsi, həm də AMEA-nın ictimaiyyətlə əlaqələrinin qurulması istiqamətində təşəbbüslərini açıqlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR