Azərbaycanda hər il 10 minə yaxın ürək-damar xəstəsi əməliyyat olunmalıdır

Azərbaycanda hər il 10 minə yaxın ürək-damar xəstəsi əməliyyat olunmalıdır
# 16 may 2013 10:42 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycanda hər il 10 minə yaxın ürək-damar xəstəsi cərrahiyyə əməliyyatı olunmalıdır. APA-nın xəbərinə görə, bunu Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin (AÜDCC) sədri Kamran Musayev keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, ürək-damar xəstəlikləri əsasən yaşlı insanların xəstəliyi olsa da, son illərdə bu xəstəlik 30 yaşa kimi cavanlaşıb.

K. Musayev qeyd edib ki, bunun qarşısını almaq üçün bir çox qaydalara əməl edilməlidir: “Belə ki, ilk növbədə insanlar, xüsusilə kişilər siqaretdən uzaq olmalıdır. Bundan əlavə, mətbəximizdə ciddi dəyişiklər edilməlidir. Çünki ürək-damar xəstəliklərinin qarşısını almaq üçün ilk növbədə yağlı və ətli qidalardan ciddi şəkildə uzaqlaşmamız lazımdır”.

Cəmiyyət sədri ürək-damar xəstəliklərinə daha çox kişilər arasında rast gəlindiyini vurğulayıb. Onun sözlərinə görə, hazırda ürək xəstəlikləri arasında daha çox ürəyin işemik xəstəliyi-ürək damarların tutulması müşahidə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR