Baş nazirin müavini məcburi köçkünlərə qarşı olunan dələduzluq halları ilə bağlı xəbərdarlıq edib

Baş nazirin müavini məcburi köçkünlərə qarşı olunan dələduzluq halları ilə bağlı xəbərdarlıq edib
# 24 oktyabr 2014 15:11 (UTC +04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

Baş nazirin müavini qeyd edib ki, komitə tərəfindən bir neçə ay əvvəl məcburi köçkünlərə müraciət edilib: Ağdam sakinləri aldanmaları ilə bağlı bizə müraciət etdilər. Mən daxili işlər naziri Ramil Usubovla bu məsələnin həlli üçün kömək etməsi barədə danışdım və dərhal işin araşdırılmasına başlanıldı. Dələduzluq edərək məcburi köçkünlərin pulunu mənimsəyən həmin köçkün qadın hazırda həbsdədir və istintaq davam edir”.

Ə. Həsənov bir daha bildirib ki, belə yollarla mənzil əldə etmək mümkün deyil: “Özünüzü bu hallardan qoruyun. Bu yaxınlarda Fizuli və Cəbrayıl sakinləri də başqa bir qadının onları aldatması ilə bağlı bizə müraciət etdilər. Biz onların izahatını alıb hüquq-mühafizə orqanlarına göndərmək istəyirdik, lakin daha sonra onlar pullarının geri qaytarıldığını bildirərək ərizələrini geri götürdülər”.

Ə. Həsənovun sözlərinə görə, 3 gün əvvəl Qaradağ rayonunda daha bir nəfər məcburi köçkünlərdən və yerli sakinlərdən küllü miqdarda pul toplayaraq onlara saxta yolla hazırladığı ev orderləri, qapı açarları və müqavilələr verməsi faktı aşkarlanıb: " Məlum olub ki, Komitəyə aidiyyəti olmayan müxtəlif şəxslər saxta yollarla order və xüsusi yaşayış sahəsinin kirayə müqaviləsini hazırlayaraq bir qrup məcburi köçkünü mənzil verəcəyi ilə aldadaraq onlardan kifayət qədər vəsait mənimsəyiblər. Həmin dələduzların qeyri-qanuni əməllərinə aldandıqlarını bilən məcburi köçkünlər pullarının qaytarılmasını və həmin qrupun cəzalandırılması üçün Komitədən köməklik göstərilməsini xahiş ediblər. Mənzillərə köçürmə prosesi şəffaf şəkildə həyata keçirilir və bütün məcburi köçkünləri ciddi xəbərdar edirik ki, belə vədlərə uymasınlar. Biz məcburi köçkünlərə müraciət edərək xahiş edirik ki, belə hallarla rastlaşdıqda bu barədə dərhal məskunlaşdıqları ərazilərdəki rayon polis şöbələrinə məlumat versinlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR